Çeferin “Dördlər finalı”ndan danışdı
03.05.2022 - 17:11
Çeferin “Dördlər finalı”ndan danışdı

Çempionlar Liqasında “Dördlər finalı” formatının tətbiqi yenidən gündəmdədir.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı funksioner bildirib ki, bununla bağlı planlar var: “Baxmağı ən çox xoşladığım yarış Çempionlar Liqasıdır. “Mançester Siti” – “Real” oyunu turnir üçün ən yaxşı reklam oldu. Tam başqa aləm idi. “Dordlər finalı” yaxşı ideyadır. Amma bir neçə oyunu itirmiş oluruq. Telayayımın sayı azalacaq. Hələlik yeni ideyaları KİV-lə bölüşmək istəmirəm. Amma planlarımız var”.