Çeferin: “Xərclərə limit barədə düşünə bilərik”
12.03.2022 - 16:34
Çeferin: “Xərclərə limit barədə düşünə bilərik”

“Futbolçuların maaşlarına limit qoyulması Avropa əmək normalarına ziddir”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib

Sloveniyalı funksioner futbolçuların maaşlarının durmadan artmasının qarşısını almaq yolunun asan olmadığını bildirib: “Amma biz xərclərə limit barədə düşünə bilərik. “MBA-da olduğu kimi edin” demək asandır. Amma biz edə bilmirik. Əminsiz ki, bu modeli istəyirsiz? Çempionlar Liqasının finalına ən bahalı bilet 500 avrodur. Superboulun finalında ən ucuz bilet 1000 dollardır”.