Çempionata buraxılmadı – İtaliya klubu
09.07.2021 - 09:26
Çempionata buraxılmadı – İtaliya klubu

İtaliyanın “Kyevo” klubu B seriyasından kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, Verona təmsilçisi bu liqada oynamaq üçün qeydiyyatdan keçə bilmədiyi üçün yarışa buraxılmayıb.

Buna səbəb klubun maliyyə sabitliyi barədə sənəd təqdim edə bilməməsidir. Qaydalara əsasən İtaliyada hər bir klub bu sənədi təqdim etməlidir.

“Kyevo”nun maliyyə durumunu “Co.Vi.So.C” şirkəti yoxlayıb və mənfi qiymətləndirib. Bu üzdən də klub B seriyasından çıxarılıb. Lakin veronalılar dərhal apelyasiya verib və şikayətin müsbət nəticəsinə ümid edir.

Qeyd edək ki, vaxtilə A seriyasında da oynamış “Kyevo” ötən mövsüm B seriyasında 8-ci yeri tutub.
 

0