Çempionlar Liqası dayandırıldı
13.03.2020 - 00:07
Çempionlar Liqası dayandırıldı

UEFA Çempionlar Liqası və digər qitə miqyaslı turnirlərin keçirilməsi barədə müzakirələr aparırsa, Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) artıq müvafiq addım atıb.

Apasport.az saytının məlumatına görə, KONKAKAF Çempionlar Liqası dayandırılıb.

Buna koronavirusun yayılması səbəb olub. Turnir qeyri-müəyyən müddətə kimi keçirilməyəcək.

KONKAKAF hazırda bayrağı altında təşkil olunan digər yarışların taleyini müzakirə edir.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsində dayandırılıb.