Çempionlar Liqası dayandırılır?
12.03.2020 - 09:48
Çempionlar Liqası dayandırılır?

Çempionlar Liqasının bütün oyunları qeyri-müəyyən müddətə təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, UEFA bu turniri dayandırmağı müzakirə edəcək.

Səbəb isə Avropa ölkələrində, xüsusən də, İtaliyada koronavirus pandemiyasının yayılması və bu ölkədən çıxış-girişin qadağan olunmasıdır. Son olaraq “Yuventus”un futbolçusu Daniel Ruqanidə bu xəstəliyin aşkarlanması qurumu daha çox narahat etməyə başlayıb. Turin klubunun bu yaxınlarda Ruqani ilə təmas quran digər oyunçuları da karantinə alınacaq.

Qeyd edək ki, martın 17-18-də Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab oyunu keçirilməlidir.