Çempionlar Liqası tarixində het-trik edən ən yaşlı futbolçular
11.03.2022 - 22:45
Çempionlar Liqası tarixində het-trik edən ən yaşlı futbolçular

Çempionlar Liqası tarixində het-trik edən ən yaşlı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya 32 yaşı keçən oyunçular düşüb.

Bu mövsüm 1/8 final mərhələsində PSJ ilə cavab matçında komandasını zəfərə daşıyan “Real”ın hücumçusu Kərim Benzema həm də rekordu ələ keçirib. O, həmyerlisi Olivye Jirunun rekordunu yeniləyib.

1. Kərim Benzema - 34 yaş 80 gün
2. Olivye Jiru - 34 yaş 63 gün
3. Kriştiano Ronaldo - 34 yaş 35 gün
4. Klaudio Pizarro - 34 yaş 35 gün
5. Robert Levandovski - 33 yaş 195 gün
6. Edin Dzeko - 32 yaş 195 gün
7. Alan Şirer - 32 yaş 193 gün
8. Zlatan İbrahimoviç - 32 yaş 20 gün