Çempionlar Liqası (ÇL) tarixində ən erkən het-trikə imza atan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir.
Polşalı forvard bir gün öncə 1/8 final mərhələsinin “Zalsburq”la cavab qarşılaşmasının ilk 23 dəqiqəsində aktivinə 3 top yazdırmaqla rekordu ələ keçirib.
Siyahıda adları göstərilən 6 futbolçudan yalnız Levandovski karyerasını davam etdirir.
1. Robert Levandovski (“Bavariya”) – 23 dəqiqə
2021/22 mövsümü. “Zalsburq” – 7:1
2. Marko Simone (“Milan”) - 24 dəqiqə
1996/97. “Rusenborq” – 4:1
3-4. Klaudio Pizarro (“Bavariya”) - 33 dəqiqə
2012/13. “Lill” – 6:1
3-4. Rui Pedro (CFR) - 33 dəqiqə
2012/13. “Braqa” – 3:1
5. Alan Şirer (“Nyukasl”) - 36 dəqiqə
2002/03. “Bayer” – 3:1
6. Simone İnzaqi (“Latsio”) - 38 dəqiqə
1999/2000. “Marsel” – 5:1