Çempionlar Liqasında futbolçuları ən çox qol vuran ölkələr – “10-luq”
30.11.2021 - 12:35
Çempionlar Liqasında futbolçuları ən çox qol vuran ölkələr – “10-luq”

Çempionlar Liqası (ÇL) klub səviyyəsində, şübhəsiz ki, ən böyük turnirdir.

Apasport.az saytının məlumatına görə, bu günə qədər onlarla klubun yüzlərlə futbolçusu bu yarışda iştirak edib, qollar vurub.

ÇL-də ən çox fərqlənən eyni ölkə vətəndaşlarının sıralaması da maraq doğurmaya bilməz. Avropa turniri olsa da, bu yarışda ən çox qol vuran futbolçular braziliyalılardır. Cənubi Amerika ölkəsinin vətəndaşlarının ümumi qol sayı artıq 1000-ə yaxınlaşır.

ÇL-də ən çox qol vuran ölkələrin futbolçuları:
1. Braziliya - 962 qol
2. İspaniya - 767
3. Fransa - 763
4. Almaniya - 580
5. Argentina - 578
6. Niderland - 503
7. İtaliya - 459
8. İngiltərə - 449
9. Portuqaliya - 433
10. Rusiya - 213