Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
25.11.2021 - 09:04
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin V turunun 4 ən yaxşısını açıqlayıb.

Bu ada iddiaçılar “Sportinq”li Pedro Qonçalves, “İnter”li Edin Dzeko, “Ayaks”lı Sebastyen Aller və “Leypsiq”li Emil Forsberqdir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə əsasən bəlli olacaq.