Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
04.11.2021 - 08:57
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV tur matçlarından sonra UEFA iddiaçıları açıqlayıb.
Qitə futbol qurumu həmişəki kimi, 4 oyunçunu fərqləndirib. Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Paulo Dibala (“Yuventus”) və Robert Levandovskidir (“Bavariya”).
Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.
0
0