Çempionlar Liqasında həftənin oyunçusu – Kevin De Bruyne
28.02.2020 - 15:57
Çempionlar Liqasında həftənin oyunçusu – Kevin De Bruyne

Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının  məlumatına görə, həftənin oyunçusu mükafatına “Mançester Siti”nin futbolçusu Kevin De Bruyne layiq görülüb.

Belçikalı yarımmüdafiəçi UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Real” üzərində 2:1 hesablı qələbə qazanılan qarşılaşmada 1 qol, 1 assist etməsi rol oynayıb.

De Bruyne digər namizədlər Serj Qnabri (“Bavariya”), Serxio Buskets (“Barselona”) və Ussem Auarı (“Lion”) qabaqlayıb.