Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turuna dünən keçirilən 8 oyunla start verilib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) baş tutan qarşılaşmalardan sonra diqqət çəkən statistik göstəriciləri açıqlayıb.
- 8 oyunda 35 qol vurulub. Turnir tarixində daha çox qol vurulan yalnız 4 oyun günü (8 matçlıq formatda) var.
- “Atletiko”nun hücumçusu Antuan Qrizmann “Liverpul”la görüşdə (2:3) iki qol vurub, qırmızı vərəqə alan ilk futbolçu kimi ÇL tarixinə düşüb.
- “Liverpul”un forvardı Məhəmməd Salah klub tarixində bütün yarışlarda ardıcıl 9 matçda qol vuran ilk oyunçu olub.
- Salah Çempionlar Liqasında Lisandro Lopes (2009-cu ildə “Porto”da) və Didye Droqbadan (2009-cu ildə “Çelsi”də) sonra “Atletiko”ya səfərdə 2 qol vuran üçüncü oyunçudur.
- “Mançester Siti” baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında bütün yarışlarda 40-cı dəfə (2016-cı ildən bəri) 5 və daha çox qol vurub (“Brügge” – 5:1).
- Qvardiolanın komandaları (“Barselona”, “Bavariya”, “Mançester Siti”) Çempionlar Liqasında 19-cu dəfə bir görüşdə minimum 5 qol vurub. Bu, ispaniyalı mütəxəssisin ən yaxın izləyicilərindən iki dəfədən də artıq göstəricidir (Arsen Venger, Aleks Ferqyuson - 8 dəfə).
- Kərim Benzemanın Donetsk “Şaxtyor”u ilə oyunda vurduğu qol (5:0), “Real”ın heyətində bütün yarışlarda 290-cu olub. Fransalı klubun ən çox qol vuran futbolçularının siyahısında Santillana ilə 4-cü yeri bölüşdürür. Kriştiano Ronaldo (450 qol) “Real” tarixinin bombardiridir. Onu Raul Qonzales (323) və Alfredo di Stefano (308) izləyir.
- Avropalı olmayan (braziliyalı) 12 oyunçu (8-i “Şaxtyor”da, 4-ü “Real”da) ilk dəfə Çempionlar Liqası tarixində start heyətində meydana çıxıb. Əvəzetmələrlə birlikdə həmin matçda 15 Braziliya əsilli oyunçu çıxış edib.
- “Real” Çempionlar Liqası yarışlarında digər komandalardan daha çox - 17-ci dəfə avtoqoldan faydalanıb (“Barselona” 16, “Bavariya” 15 dəfə avtoqola sevinib).
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər