Cenk Tosun “Everton”a qayıtdı
04.03.2020 - 22:39
Cenk Tosun “Everton”a qayıtdı

Türkiyə milli komandasının futbolçusu Cenk Tosun İngiltərənin “Everton” klubuna qayıdıb.

Apasport.az saytının məlumatına görə, “Kristal Pelas”a icarəyə verilən hücumçu yeni komandasında cəmi iki ay keçirib.

28 yaşlı türkiyəlinin icarədən vaxtından tez dönməsinə səbəb zədəsi olub. Dizindən xəsarət alan futbolçu müayinə və müalicəsini öz klubunda davam etdirəcək.

Qeyd edək ki, Tosun “Kristal Pelas”da keçirdiyi 5 oyunda 1 qol vurub.