Cenk Tosun alınmasa, Mahir Emrelini istəyəcək - "Beşiktaş"   
28.12.2020 - 10:02
Cenk Tosun alınmasa, Mahir Emrelini istəyəcək - "Beşiktaş"   

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın “Qarabağ”ın hücumçusu Mahir Emrelini sərəncamında görməkdə maraqlıdır.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə Türkiyənin tanınmış idman şərhçisi Haldun Damaç çıxış edib.

O bildirib ki, “ağ-qaralar”ın çalışdırıcısı Azərbaycan millisinin üzvünü gələcəyə yatırım gözü ilə baxır: “Önəmli mövqelərdən biri hücum xəttidir. Cenk Tosun gəlməsə, kim gətiriləcək? Sərgən Yalçının izlədiyi gələcək vəd edən və sərmayə olaraq düşünülən bir oyunçu var. Bu, Azərbaycanın “Qarabağ” klubunda çıxış edən 23 yaşlı Mahir Emrelidir. Çox effektli və kreativ futbolçudur. 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib. “Qarabağ”la müqavilə müddəti də 2021-ci ilin yayında bitəcək. Fantastik cəhətləri bir az çoxdur. Sərgən Yalçının onu bəyənməsinin səbəblərindən də biri bu ola bilər”.

Haldun Damaçın sözlərinə görə, Emreli İstanbul təmsilçisi üçün alternativ variantdır. Çünki ilk hədəf “Everton”dakı Cenk Tosundur. Tosunun keçidi baş tutmasa, “Brügge”nin çexiyalı forvardı Mişel Krmençik gündəmə gələcək. Onun transfer qiyməti 6 milyon avro dəyərindədir. Mahir isə Krmençikə alternativ sayılır.

Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Mahir Emreli “Qarabağ”a 2015-ci ildə keçib.

0