Cenk Tosundan 3 illik müqavilə
11.03.2022 - 22:04
“Everton”un hücumçusu Cenk Tosunun “Beşiktaş”a qayıdacağı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard Super Liqa çempionu ilə hərtərəfli anlaşma əldə edib.
Tərəflər arasında şəxsi müqavilənin detalları da müəyyənləşib. Mövsümün sonunda azad agent statusu daşıyacaq Türkiyə millisinin üzvü “ağ-qaralar”la 3 illik sazişə qol çəkəcək. Onun doğma komandasında illik maaşı 1,6 milyon avro olacaq.
Qeyd edək ki, Cenk Tosun “Everton”a 2018-ci ildə məhz “Beşiktaş”dan keçib.
0
0