Çexiyadan təklif - Ramil Şeydayevə
11.03.2020 - 16:09
Çexiyadan təklif - Ramil Şeydayevə

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, klubsuz qaldığı üçün məcburiyyətdən “Sabah”la anlaşan 24 yaşlı forvard yayda ölkə xaricinə yollanmağa hazırlaşır.

“Zenit”in yetirməsinin ilk müştərisi artıq müəyyənləşib. Çexiya təmsilçisi “Slovan” ona elçi düşüb. Liberetslilər Ramili mövsümün sonunda heyətə qatmaqda maraqlıdırlar. Bu üzdən Çexiya klubu yay fasiləsində Şeydayevlə danışıqlara start verəcək. “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədər olan forvardla anlaşma əldə edilərsə, bu keçid “Slovan”a havayı başa gələcək.

Qeyd edək ki, Ramil Şeydayev “Sabah”dan əvvəl müvafiq olaraq “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov” və “Dinamo”nun (Moskva) formasını geyinib.