Ceyhun Bayramov və Mədət Quliyev Serbiya ilə oyunumuzu Belqradda izlədi
13.10.2021 - 01:04
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev DÇ-2022-nin seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.
Apasport.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Serbiyada işgüzar səfərdə olan C. Bayramov və M. Quliyev həmin ölkənin gənclər və idman naziri Vanya Udoviçiçlə birlikdə Belqraddakı qarşılaşmanı tribunadan izləyib.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0