“Mançester Yunayted” mövsümlərarası fasilədə Çin toplanışından imtina edə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb adıçəkilən ölkədə koronavirusun yayılmasıdır.
Çində yaranmış durumla əlaqədar proqramını dəyişməyi düşünən İngiltərə təmsilçisi Asiyanın digər ölkələrində və ya Hindistanda yoldaşlıq görüşləri keçirməklə bağlı danışıqlar aparır. Böyük Britaniya hökuməti koronavirusu yaxınlaşan ciddi təhlükə hesab edir.
“Mançester Yunayted” rəhbərliyi yay ərəfəsində Çindəki vəziyyətə son dəfə nəzər yetirəcək. “Mankunianlar”ın həmçinin yenidən ABŞ-a köçmək ehtimalı da mövcuddur.