
Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin baş məşqçi vəzifəsindən azad olunan gənc çalışdırıcı Füzuli Məmmədov bu postda 297 gün duruş gətirib.
Yanvarın 19-da istefaya göndərilən baş məşqçi Roberto Bordinin vəzifəsi öncə müvəqqəti olaraq Məmmədova tapşırılıb. Az sonra isə onun baş məşqçi kimi təyinatı təsdiqlənib.
43 yaşlı çalışdırıcı bu müddətdə “Neftçi” 17 rəsmi matça çıxarıb. Bunlardan 15-i Premyer Liqa, 2-si Avropa Liqasında olub.
“Ağ-qaralar” Məmmədovla 8 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vuran bakılılar 19 top buraxıb.
Qeyd edək ki, “Neftçi” Məmmədovla ötən mövsümün gümüş mükafatçısı olub.