Cənubi Amerika Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu titula “Flamenqo” yiyələnib.
Braziliya klubu həlledici matçda Ekvador təmsilçisi “İndependiente del Valle” üzərində qələbə qazanıb. İlk oyunda qollu bərabərliyə (2:2) imza atan “Flamenqo” “Marakana”da rəqibin qapısından 3 cavabsız top keçirib. Jersonun dubl etdiyi görüşdə digər qola Qabriel Barbosa imza atıb. Beləliklə, “Flamenqo” tarixində ilk dəfə bu titulu muzeyinə aparıb.
Qeyd edək ki, “Flamenqo” Libertadores, “İndependiente del Valle” isə Cənubi Amerika Kubokunu qazanaraq Superkubokda iştirak hüququ əldə etmişdi.