“Həm əsas milli, həm də U-21 qarşıdakı oyunlara hazırlaşır və rəqibləri təhlil edirək, onları tanımağa çalışır”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının köməkçi məşqçisi Con Oşi deyib.
40 yaşlı mütəxəssis gənclərin Lüksemburqa qarşı keçirəcəyi oyunla yanaşı, əsas millinin DÇ-2022-nin seçmə mərhələsində üz-üzə gələcəyi Azərbaycanla matçı da dəyərləndirib. “Mançester Yunayted”in sabiq futbolçusu səfərdə qələbənin çətin əldə edildiyini vurğulayıb: “Millimiz qarşıdakı matçda rəqibindən güclü olduğunu göstərməlidir. Doğrudur, komanda səfərə çıxır. Orada məğlub olmaq istəmir, ancaq yenə də komandanda bir təhlükə olur. Futbolçular həm fərdi, həm də kollektiv şəkildə özlərinə güvənməlidirlər. Rəqabətçi və üstünlük təşkil etdiyiniz yerdə təsirli sehrə sahib olmalısınız”.
Oşi oyunçuların yerli auditoriyanın təzyiqindən çıxmasının vacibliyini qeyd edib: “Evdən kənarda oynadığın zaman mütləq təzyiqlə üzləşirsən. Bundan qurtulmaq məcburiyyətindəsən. Xüsusilə də, zəif sayılan aşağı səviyyəli komandalarla matçlarda rəqibin müdafiəsini dağıtmaq daha çətindir. Futbolda ən çətin iş qol vurmaqdır. Üstün oyun sərgilədiyin zaman isə bunu nəticədə əks etdirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan – İrlandiya görüşü oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər