DÇ-2022-yə görə Şimali Amerikada turnir keçiriləcək
05.02.2022 - 12:57
DÇ-2022-yə görə Şimali Amerikada turnir keçiriləcək

İtaliya A seriyasının təşkilatçıları Qətərdə keçiriləcək dünya çempionatı zamanı turnir təşkil etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bunu A seriyasının yarışlar üzrə rəhbəri Andrea Butti deyib.

O bildirib ki, ilin sonlarında Şimali Amerikada 20 komandanın iştirak edəcəyi turnir keçirməyi düşünürlər: “Layihənin ideyası ondan ibarətdir ki, milli komandalara cəlb edilməyəcək futbolçular öz oyun formalarını qoruya bilsinlər. İlkin mərhələdəyik, bir neçə aydır müzakirə etdiyimiz bu layihəni öyrənirik. İtaliya çempionatı noyabrın 13-dən yanvarın əvvəlinə kimi dayandırılacağı üçün A seriyasının çox oyunçusu bir ay yarım rəqabətdən kənarda qalacaq”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.