Dadaşov yenə qol vurdu, komandası 3 xal qazandı
14.12.2019 - 00:38
Almaniya çempionatının 3-cü liqasında XIX tur başlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” öz meydanına “Maqdeburq”la görüşüb.
Start heyətində meydana çıxan təmsilçimiz 36-cı dəqiqədə hesabı açıb. İkinci hissədə daha bir dəfə fərqlənən meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.
Ardıcıl ikinci görüşdə fərqlənən R.Dadaşov mövsümdəki qol sayını 6-ya çatdırıb. O, bu matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, 19 matçda 16 xal toplayan “Proyssen” 20 komanda arasında 18-cidir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0