Dadaşovun komanda yoldaşı "Real"a keçməyə razıdır
21.02.2020 - 09:16
Dadaşovun komanda yoldaşı "Real"a keçməyə razıdır

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton"da hücumçu Adama Traore İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, "Real"ın maraq dairəsində olan 24 yaşlı hücumçu bu keçidin əleyhinə deyil.

"Barselona"nın yetirməsi olan ispaniyalı forvard Kataloniya klubunun əzəli rəqibindən rəsmi təklif gələcəyi təqdirdə, qəbul etməyə hazırdır. Onun mövsümün sonunda Madrid təmsilçisinə transferi istisna edilmir.

Qeyd edək ki, Adama Traorenin aktivində cari mövsüm 5 qol, 7 məhsuldar ötürmə var.