Azərbaycan Premyer Liqasında XI turun daha 3 oyununun təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə noyabrın 29-30-da baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Sabah İnqilab Məmmədov və Elçin Məsiyev iş başında olacaqsa, noyabrın 30-na təxirə salınan “Sumqayıt” – “Qəbələ” görüşündə Rəhim Həsənov ədaləti qoruyacaq.
Qeyd edək ki, bu gün keçirilən “Neftçi” –“ Zirə” (0:0) matçını Vüqar Həsənli idarə edib.
Azərbaycan Premyer Liqası
XI tur
29 noyabr (bazar)
14:00. “Keşlə” – “Sabah”
“ASK Arena”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
16:00. “Səbail” – “Qarabağ”
“ASCO Arena”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
30 noyabr (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər