“Narva Trans” Nurlan Novruzovdan sonra daha bir azərbaycanlı futbolçu transfer edəcək.
Apasport.az saytının məlumatına görə, bunu Estoniya klubunun prezidenti Nikolay Burdakov deyib.
Qış transferlərini dəyərləndirən prezident yeni qoşulan oyunçulardan razılıq bildirməklə yanaşı, daha iki əcnəbi ilə anlaşmaq üzrə olduqlarını əlavə edib. Həmin legionerlərdən birinin isə azərbaycanlı olması gözlənilir: “Komandamızı həm legionerlər, həm də eston oyunçular gücləndirdilər. Bir neçə istedadlı yerli futbolçu ilə müqavilə bağlamışıq. Kanadadan gələn qapıçı Andreas Vaykla ümidimiz böyükdür. Əcnəbi transferlərdən Offos Appya təcrübəsi sayəsində müdafiə xəttimizi daha etibarlı edəcək. Azarkeşlərə inam verən digər transferimiz Azərbaycan millisinin formasını geyinmiş Nurlan Novruzovdur. Ukraynadan və Azərbaycandan daha bir legioner gözləyirik. Əgər onlar da komandaya qoşulsalar, kollektivdə güclü rəqabət yaranacaq və döyüşə tam hazır olacağıq”.
Qeyd edək ki, Estoniya çempionatında yeni mövsüm martın əvvəlində start götürəcək. “Narva Trans” ilk oyununu gələn ayın 7-də öz meydanında “Nomme Kalyu”ya qarşı keçirəcək.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA