Daha bir futbolçuda koronavirus tapıldı, Premyer Liqa təxirə salınır
13.03.2020 - 14:32
Daha bir futbolçuda koronavirus tapıldı, Premyer Liqa təxirə salınır

Daha bir futbolçunun koronavirus xəstəliyinə yoluxduğu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Bornmut”un qapıçısı Artur Boruçun verdiyi testlər müsbət nəticələnib.

40 yaşlı qolkiperlə yanaşı, Premyer Liqa təmsilçisinin 4 işçisində bu xəstəlik aşkarlanıb. Bu səbəbdən klub karantinə alınacaq.

Vəziyyətin gərginləşməsi Premyer Liqa rəhbərliyini hərəkətə gətirib. Qurum bu gün təcili iclas çağırıb. Həmin toplantıda bütün oyunların aprelin 4-dək təxirə salınması gözlənilir.