Daha bir oyun təxirə salındı - İtaliya kubokunda
04.03.2020 - 17:20
Daha bir oyun təxirə salındı - İtaliya kubokunda

İtaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilməli olan daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, “Yuventus” – “Milan” görüşündən sonra sabah baş tutması nəzərdə tutulan “Napoli” – “İnter” qarşılaşması da başqa vaxta salınıb.

Ölkədə koronavirus infeksiyasının sürətlə yayılması İtaliya Futbol Federasiyasının belə bir qərar qəbul etməsinə səbəb olub. Ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin nə zaman keçiriləcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Milanda oynanılan ilk qarşılaşmalarda “Napoli” “İnter” üzərində 1:0 hesablı qələbə qazanıb. “Yuventus” isə “Milan”la qollu bərabərə (1:1) qalıb.