Daha bir yeni müqavilə - “Yuventus”da
12.02.2020 - 18:05
Daha bir yeni müqavilə - “Yuventus”da

“Yuventus”un daha bir aparıcı futbolçusunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, kapitan Corcio Kyellini daha bir il komandada qalmağı qərara alıb.

Zədəli olduğu üçün uzunmüddətli sıradan çıxan 35 yaşlı mərkəz müdafiəçisi karyerasını bitirəcəyini istisna etməmişdi. Lakin futbolçu “qoca sinyora”nın mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir il uzatmaq təklifini müsbət cavablandırıb.

Qeyd edək ki, “Yuventus”da qapıçı Voytsex Şesnı dünən yeni müqavilə bağlamışdı.