Daha birini göndərdi – “Səbail”
08.02.2021 - 13:46
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, hücumçu Bahadur Həziyevlə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. 22 yaşlı futbolçuya azad agent statusu verilib. Həziyev bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda 1 qol vurub.
Qeyd edək ki, “Səbail” qış fasiləsində Arsen Ağcabəyov, Orxan Qurbanlı, Bəxtiyar Rəhmani, Əli Sadıxov, Murad Qayalı və Elgün Nəbiyevlə də vidalaşıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0