Daha iki Messi - PSJ-də
01.09.2021 - 09:39
Fransanın PSJ klubunun argentinalı ulduzu Lionel Messi uşaqları ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalının oğlanları Tiaqo və Mateonu PSJ-nin futbol akademiyasında məşq edəcək.
5 yaşlı Mateo artıq klubun U-7 komandasına qəbul olunub. 8 yaşlı Tiaqonun taleyi isə hələ dəqiqləşməyib. O, ya U-10, ya U-9-a qoşulacaq.
0
0