Danimarka klubuna da qalib gələ bilmədi - yığmamız
10.02.2020 - 20:24
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, milli Danimarkanın "Hellerup" klubu üz-üzə gəlib.
Oyun 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqləniblər.
Qeyd edək ki, yığmamız ilk matçda da qalib gələ bilməmişdi. Futbolçularımız tacikistanlı həmyaşıdları ilə 1:1 hesablı heç-heçə oynamışdı.
0
0