David de Xea "Mançester Yunayted"lə müqaviləni yenilədi
09.09.2019 - 21:16
David de Xea "Mançester Yunayted"lə müqaviləni yenilədi

İspaniya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu David de Xea Premyer Liqa təmsilçisi ilə müqaviləsini uzadıb.

APA-nın məlumatına görə, mançesterlilər müqaviləsi 2020-ci ilin yayında başa çatacaq 28 yaşlı qapıçı ilə yeni anlaşma əldə edib.

D.de Xea yeni müqaviləyə görə ildə 17 milyon avro qazanacaq. Bununla da ispaniyalı komanda yoldaşı Pol Poqba ilə qazancını bərabərləşdirib.

Yeni anlaşmasının müddəti açıqlanmayan qolkiper 2011-ci ildən “Mançester Yunayted”in formasını geyinir. Futbolçu həmin vaxt İspaniya “Atletiko”sundan 25 milyon avroya transfer olunub.

0
David de Xea Mançester Yunayted müqavilə