İsveçrənin Sürix şəhərində FİFA-nın komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, bir sıra sərt qərarlar verən qurum daxili yarışlar çərçivəsində matçların başqa ölkələrdə oynanılmasını da müzakirə edib.
FİFA rəsmi xarakterli daxili miqyaslı oyunların başqa ölkənin ərazisində təşkil olunmaması prinsipini dəstəkləyib. Bu, rəsmi qadağa olmasa da, təşkilatın mövqeyini əks etdirib.
Qeyd edək ki, son illərdə “böyük beşlik” ölkələrinin bəzilərində oyunların digər qitələrdə təşkil olunması gündəmə gəlib. İspaniya Superkuboku və İtaliya Superkuboku başqa ölkədə baş tutubsa, La Liqa matçlarının ABŞ-da keçirilməsi mümkün olmayıb.