De Breyne koronavirusa yoluxdu
19.11.2021 - 18:02
“Mançester Siti”nin futbolçusu Kevin de Breyne koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, Belçika millisinin yarımmüdafiəçisinin testi müsbət nəticə verib. 30 yaşlı futbolçunun nə qədər müddəti buraxacağı dəqiqləşməyib.
Qeyd edək ki, Kevin cari mövsümdə Premyer Liqanın 8 matçında 2 qola imza atıb.
0
0