De Byazinin imtina etdiyi cütlük – Lüksemburqla oyunda
01.09.2021 - 21:45
Azərbaycan millisinin heyətində yer alan 25 futbolçudan ikisi Lüksemburqla oyunda “23-lüy”ə daxil edilməyib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Bəhlul Mustafazadə və Rüstəm Əhmədzadənin xidmətinə ehtiyac duymayıb.
Onlar DÇ-2022-nin seçmə mərhələsinin bugünkü qarşılaşmasını tribunadan izləyəcək. Lüksemburqda “23-lüy”ə düşməyən cütlük digər iki matçda şans qazanmağa ümid edə bilər.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
0
0