De Rossini gətirir – “Bolonya”
22.05.2021 - 01:44
De Rossini gətirir – “Bolonya”

İtaliyanın daha bir klubu baş məşqçisi dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Bolonya” rəhbərliyi Daniele de Rossini bu vəzifəyə gətirmək niyyətindədir.

Hazırkı baş məşqçi Sinişa Mixayloviç postundan ayrılsa, onu de Rossi əvəzləyəcək. O, hazırda milli komandada baş məşqçi Roberto Mançininin köməkçilərindən biridir. De Rossinin baş məşqçilik təcrübəsi olmasa da, Bolonya təmsilçisi onun namizədliyi üzərində dayanıb.

Qeyd edək ki. İtaliya millisində 117 oyuna 21 qol vuran Daniele DÇ-2006-nın qalibidir.