De Xea koronavirusa yoluxdu
12.03.2022 - 15:58
“Mançester Yunayted”in futbolçusu David de Xea koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, ispaniyalı qapıçının testi müsbət nəticə verib.
De Xea “Tottenhem”lə bugünkü qarşılaşmanı buraxmalı olacaq. İspaniyalını əsas heyətdə Din Henderson əvəzləyəcək.
Bu, ingiltərəlinin mövsümdə ilk matçı olacaq. O, sonuncu dəfə ötən ilin mayında Premyer Liqa oyununa çıxıb.
0
0