Çempionlar Liqası tarixində debüt etdikdən sonra ən qısa müddətdə 11 qola imza atan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırmaya əsasən, rekord cari mövsüm Sebastyan Alle tərəfindən qırılıb.
“Ayaks”ın Fil Dişi Sahilindən olan forvardı ilk 7 matçında rəqib qapılarından 11 top keçirməklə iki il əvvəlki rekordu yeniləyib. Ona qədər zirvədə debüt etdiyi mövsümün ilk 9 oyununda bunu bacaran Erlinq Haland qərarlaşıb.
1. Sebastyan Alle - 7 oyunda
Cəmi: 7 oyunda
2. Erlinq Haland - 9 oyunda
Cəmi: 19 oyunda 23 qol
3. Adriano - 12 oyunda
Cəmi: 26 oyunda 14 qol
4-5. Simone İnzaqi - 13 oyunda
Cəmi: 31 oyunda 15 qol
4-5. Harri Keyn - 13 oyunda
Cəmi: 24 oyunda 20 qol
6-7. Roberto Firmino - 14 oyunda
Cəmi: 46 oyunda 18 qol
6-7. Sadio Mane - 14 oyunda
Cəmi: 49 oyunda 21 qol
8. Roberto Soldado - 15 oyunda
Cəmi: 23 oyunda 16 qol, 3 assist