Dembele qalmaq istəyir
06.04.2022 - 23:21
“Barselona”nın futbolçusu Usman Dembele fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü Kataloniya klubu ilə müqaviləni uzatmaq üçün danışıqları bərpa edib.
25 yaşlı hücumameylli oyunçunun yayda azad agent kimi PSJ-yə keçmək imkanı var. Lakin o, La Liqa təmsilçisində qalmağı üstün tutur. Dembelenin meneceri klub rəhbərliyi ilə danışıqlara başlayıb. Tərəflər arasında ilk görüş yaxşı keçsə də, hələ də konkret razılıq əldə olunmayıb.
Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə hazırkı sözləşməsi mövsümün sonuna qədərdir
0
0