“Atletiko”nun futbolçuları La Liqada qızıl medalları təmin edən “Real” üçün çempionluq dəhlizi təşkil etmək istəmir.
Apasport.az saytının məlumatına görə, madridlilər mayın 8-də baş tutacaq derbi öncəsi bu barədə rəhbərliyi məlumatlandırıb.
Onlar rəhbərliyin xüsusi xahişi olmasa, çempionluq dəhlizi barədə düşünmədiklərini çatdırıb. Dieqo Simeonenin komandası “kral klubu”nu şərəfləndirmək fikrinə qarşıdır. Həmçinin klub rəhbərliyi də yaxşı bilir ki, bir çox azarkeşlər Madrid derbisində rəqibə bu cür jest etməyin əleyhinədir. Onların əsas tələbi komandanın Çempionlar Liqasına vəsiqə qazanmasıdır.
Hadisələrin gedişi onu göstərir ki, “Atletiko” oyunçuları çempionluq dəhlizi qurmayacaqlar.
Qeyd edək ki, La Liqada XXXV turun “Atletiko” – “Real” oyunu mayın 8-də keçiriləcək.