Şotlandiyanın çempionatının 32-ci turunun “Reyncers” – “Seltik” matçında qalmaqal yaşanıb.
Apasport.az saytının məlumatına görə, Qlazqo derbisi ikinci hissənin əvvəlində dayandırılıb.
Nəticədə ikinci yarı yubanma ilə başlayıb. Buna azarkeşlərin davranışı səbəb olub. “Reynces” fanatları rəqibin cərimə meydanını kənar əşyalarla “atəşə tutublar”. Şüşə su qablarından biri Co Hartın qoruduğu qapının önünə düşərək qırıq-qırıq olub.
Qarşılaşmada “Seltik” 2:1 hesablı qələbə qazanıb. Bununla da xal hesabını 79-a çatdıran çempionatın lideri ən yaxın izləyicisi və əzəli rəqibindən 6 xal uzaqlaşıb.