Devid Bekhemin rekordu qırıldı
24.02.2022 - 09:18
Devid Bekhemin rekordu qırıldı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”nun qonağı olan “Mançester Yunayted” səfərdə 1:1 hesablı heç-heçə edib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ı məğlubiyyətdən xilas edən qolun məhsuldar ötürməsini yarımmüdafiəçi Bruno Fernandeş verib.

Entoni Elanqanın qolunun assistini edən portuqaliyalı turnir tarixində İngiltərə klubunun heyətində ardıcıl 6 matçda məhsuldar ötürmə verən ilk futbolçu olub. O, 1998-ci ildə ÇL-də “mankunianlar”ın heyətində ardıcıl 5 görüşdə bunu bacaran Devid Bekhemin rekordunu yeniləyib.

Qeyd edək ki, “Mançester Yunayted”lə “Atletiko” arasında cavab oyunu martın 15-də keçiriləcək.