Dibala keçmək istədiyi klubu seçdi
24.02.2022 - 00:37
Paulo Dibala “Yuventus”la yeni müqavilə məsələsində heç cür razılığa gələ bilmir.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında növbəti danışıq da mənfi nəticələnib.
Hələ də ümidini üzməyən Turin klubu Argentina millisinin üzvü ilə martda bir daha danışıq masası arxasında əyləşəcək. Ulduz futbolçu hazırda “Barselona”, “İnter” və “Tottenhem”in maraq dairəsindədir. Paulo özü karyerasını İspaniya klubunda davam etdirməyi arzulayır.
Qeyd edək ki, Dibala “Yuventus”la yeni sazişə qol çəkməsə, mövsümün sonunda istənilən kluba azad agent kimi keçəcək.
0
0