Dibalanın müştəriləri artdı
02.05.2022 - 00:00
“Yuventus”un futbolçusu Paulo Dibalaya təkliflərin sayı artıb.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu İngiltərənin 4 klubunun hədəfindədir.
“Arsenal”, “Nyukasl”, “Mançester Yunayted” və “Tottenhem” onu heyətində görmək istəyir. “Nyukasl” Paulonu klub tarixinin ən yüksəködənişli futbolçusu etmək niyyətindədir. Dibala bu kluba keçsə, həftədə 200 min funtdan çox qazanacaq.
Qeyd edək ki, Dibala 2015-ci ildən Turin klubunun formasını geyinir.
0
0