Dieqo Armando Maradona stadionu – mer təsdiqlədi
30.11.2020 - 00:49
İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna əfsanəvi Dieqo Maradonanın adı veriləcək.
Apasport.az saytının məlumatına görə, bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.
O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib: “Bir çox möhtəşəm ideyalar var idi. Amma yekunda bu ad olacaq: Dieqo Armando Maradona stadionu”.
Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən əfsanəvi Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
0
0