Dieqo Kosta seçimini etdi
18.01.2022 - 11:23
Dieqo Kosta seçimini etdi

“Atletiko Mineyro”dan ayrılandan sonra azad agent statusu alan Dieqo Kosta karyerasını İngiltərədə davam etdirmək istəməyib.

Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu “Arsenal”ın hədəfində olsa da, forvard Premyer Liqa klubuna keçmək fikrində deyil.

İspaniya yığmasının milliləşdirdiyi braziliyalı karyerasını vətənində davam etdirmək fikrindədir. Kosta “Korintians”ın təklifini qəbul etməyə hazırlaşır. “Çelsi”dəki sabiq komanda yoldaşı Villianın da bu klubda çıxış etməsi Dieqonun seçiminə təsir edib.

Qeyd edək ki, 2014-18-ci illərdə İspaniya millisində 24 matça çıxan hücumçu 10 qol vurub.