Divizion komandasına qalib gəldi - yığmamız
25.09.2021 - 17:54
Divizion komandasına qalib gəldi - yığmamız

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, yığma birinci divizion təmsilisi “Keşlə-2” ilə qarşılaşıb.

Görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin qollarını Murad Ələkbərov və Murad Məmmədov vurub.