
Azərbaycan milli komandasının daha bir futbolçusu karyerasını ABŞ-da davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Dmitri Nazarov da "Finiks Rizinq" klubunun transfer siyahısına düşüb.
Millimizin digər üzvü Rüfət Dadaşovun çıxış etdiyi aşağı liqa təmsilçisi artıq 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlara da başlayıb. ABŞ klubu D.Nazarova müraciət edərək onun okeanın o tayında oynamaq istəyinə necə yanaşdığını da öyrənib.
Lakin Finiks təmsilçisi D.Nazarovu heyətinə qatmaq üçün onun şərəfini qoruduğu Almaniyanın “Aue” klubuna transfer məbləği ödəməlidir. Çünki millimizin üzvünün alman klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir. Yarımmüdafiəçinin gələcək karyerası 2-ci Bundesliqa təmsilçisinin amerikalılardan istəyəcəyi məbləğdən asılı olacaq.
Qeyd edək ki, D.Nazarov Azərbaycan yığmasında 43 oyuna 8 qol vurub.