Dmitri Nazarovun klubuna xeyri dəymədi
29.01.2020 - 09:22
Almaniyanın II Bundesliqasında XIX tura start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər oyununa çıxıb.
İlk "üçlüy"ə iddia edən komanda autsayderlər zonasında qərarlaşan "Vehen"in qonağı olub. Nazarov 90 dəqiqə meydanda olsa da, komandasının məğlubiyyətinə mane ola bilməyib. Nəticədə "Vehen" ilk hissədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Aue" hazırda 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0